Rusiya hazırki vəziyyətdən yaxın iki il müddətinə azad olacaq.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəziyyətin yaxşılaşması gələn ilin birinci rübünə təsadüf edəcək, ancaq bəzi məsələlərdə qeyri-müəyyənlik var: “Bizim iqtisadiyyatımız inkişaf edib, bugünkü vəziyyətdən çıxacaq. Buna nə qədər vaxt lazımdır? Fikrimcə, yaxın iki ildə bu xoşagəlməz vəziyyət arxada qalacaq”.
Putin onu da qeyd edib ki, hazırki iqtisadi vəziyyət Krım probleminin qisası deyil: “Bu Krım məsələsinin qisası deyil. Onlar həmişə ayını zəncirdə saxlamağa çalışırlar”. Ukrayna böhranını şərh edən Putin rəsmi Kiyevə yerli xalqın fikirlərinə hörmət etməyi məsləhət görüb: “Əgər Kiyev sülh istəyirsə, onda Donbas sakinlərinin maraqlarına hörmət etməlidir. Bu böhranın qarşısını siyasi yolla almaq olar. İqtisadi blokada və ya silah gücünə problemi həll etmək mümkün deyil”.
Putin hazırda beynəlxalq vəziyyəti də qiymətləndirib: “Berlin divarının yenidən tikintisi bu gün başlamayıb. NATO-nun şərqdə möhkəmlənməsi, müdafiə sistemlərinin qurulması onu göstərir ki, bizim tərəfdaşlarımız dayanmayıblar. Onlar hələ də özlərini imperiyanın qalibi hiss edirlər”.
Samir