19 Dekabr 2014 15:18
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın hazırki hakimiyyətində söz sahibi olan Xalq Partiyasının paytaxt Madriddə yerləşən binasına hücum edilib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, iqtisadi böhran səbəbindən iflasa uğradığı bildirilən iş adamı avtomobilinə bomba yerləşdirib və hakim partiyanın binasına hücum etmək istəyib. Lakin təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb.

Səhər saatlarında meydana gələn hadisə zamanı yaralanan olmayıb. Polis bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər