20 Dekabr 2014 08:02
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada terror transmilli cinayətkar fəaliyyətdən əldə edilən gəlirlər, o cümlədən narkotik alveri və təbii sərvətlərin qanunsuz istismarı sayəsində inkişaf edir.

Teleqraf.com-un "RBK"-ya istinadən məlumatına görə, bu barədə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman bildirib.

Onun sözlərinə görə, "Boko Haram", "Əl-Qaidə", "Taliban" və “İŞİD” kimi qruplaşmaların fəaliyyəti terrorizmlə transmilli cinayətkarlıq arasında açıq-aşkar əlaqənin olduğunu göstərir.

Dekabrın 19-da BMT Təhlükəsizlik Şurasının üzvləri sərhədlər boyunca terrorçuların hərəkətlərinin qarşısının alınması və terror aktlarının maliyyələşdirilməsinin aradan qaldırılması ilə bağlı qətnamə qəbul ediblər.


Müəllif:

Oxşar xəbərlər