20 Dekabr 2014 14:20
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Anadolu” xəbər agentliyinin Fransa nümayəndəliyində işləyən jurnalist Hajer M-yə qarşı irqçi hücum olub.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Paris metrosunda baş verib. Belə ki, naməlum Fransa vətəndaşı metroda hicablı müxbirə qarşı islamofobik ifadələr işlədib və onu söyüşlərlə təhqir edib.

Kişinin dediyi sözlərə ətrafdakıların heç bir reaksiya göstərmədiyini bildirən qadın növbəti stansiyada vaqonu tərk etdiyini deyib.

Müxbir həmin təcavüzkarın şəklini çəkməyə imkan tapıb. Jurnalist faktla bağlı polisə şikayət edəcəyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər