İraqın paytaxtı Bağdad şəhərində dekabrın 20-də törədilmiş silsilə partlayışlar nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, partlayışlardan biri Madayn yaşayış məntəqəsində, ticarət obyektlərinin yerləşdiyi küçədə törədilib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Paytaxtın Taci qəsəbəsində mağaza qarşısında törədilmiş partlayış nəticəsində 3 nəfər ölüb,
11 nəfər isə yaralanıb. Daha bir partlayış Bağdadın ətrafında yolda, hərbi avtomobil keçən an törədilib. Nəticədə 3 hərbçi həlak olub, 6 nəfər isə yaralanıb.
Dördüncü partlayış Bağdadın mərkəzində çörək sexində törədilib, 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.