ABŞ-ın Kaliforniya ştatında polis əməkdaşı ona maçete ilə (dəhrə) hücum edən 17 yaşlı yeniyetməyə atəş açaraq öldürüb.
Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, yeniyetmənin telefon dirəyinə zərbələr endirdiyini görən polis əməkdaşı ona yaxınlaşıb onu sakitləşdirməyə çalışıb. Buna cavab olaraq yeniyetmə asayiş keşikçisinə maçete ilə hücum edib.
Məlumata görə, zərbələrdən dirsəyi ilə qorunan polis zabiti xidməti silahdan istifadə etməyə məcbur olub. Polis tapançadan ona hücum edən gəncə atəş açaraq hadisə yerinə yardım çağırıb.
Qol və üz nahiyəsindən xəsarətlər alan polis əməkdaşı xəstəxanaya aparılıb.