21 Dekabr 2014 12:02
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Nyu Yorkda silahlı şəxsin iki polis əməkdaşını qətlə yetirməsini pisləyib.

B.Obama bildirib ki, polislər hər gün insanların hörmətinə və təşəkkürlərinə layiqdilər.

Qeyd edək ki, Nyu Yorkda silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.

İnsident Bruklin rayonunda baş verib.

Tapança ilə silahlanmış 28 yaşlı İsmail Abdulla Brinsli (Ismaaiyl Abdullah Brinsley) polis maşınına yaxınlaşaraq asayiş keşikçilərinə atəş açıb. Bundan sonra o, metro stansiyasına daxil olub və orada özünə atəş açaraq intihar edib.

Ağır güllə yaraları almış polis əməkdaşları xəstəxanaya çatdırılıb, lakin həkimlər onları xilas edə bilməyib./trend/


Müəllif:

Oxşar xəbərlər