ABŞ-ın Oreqon ştatında anası ilə qatar gözləyən 3 yaşlı qızı relslər üzərinə itələyən qadın həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə sosial şəbəkələrdə və Amerika mediasında ən çox müzakirə olunan mövzuya çevrilib.
Müşahidə kameralarına görüntülər düşüb. 32 yaşlı Brianna Lace Vorkman hadisəni törətdikdən sonra sakitcə geri çəkilərək yerinə oturur.
Stansiyadakı insanlar şoka düşsələr də, dərhal hərəkətə keçərək balaca qızı relslərdən xilas edirlər.
Kadrlardan görünür ki, balaca qızcığazın başı relsə dəyir, amma anidən ayağa qalxaraq onun xilasına təsələsən insanlara doğru gəlir.
Hadisə şahidləri uşağı xəstəxanaya çatdırıblar. Başında çapıqlar olan uşağın səhhətinin yaxşı olduğu bildirilir.