16 Yanvar 2023 12:10
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Böyük Britaniyada Mühafizəkarlar Partiyası daxilində keçmiş baş nazir Boris Consonun geri qaytarılması planları müzakirə olunmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, hakimiyyəti qısa çəkən Liz Trassdan sonra Consonun Rişi Sunaka rəqib olacağı gözlənilsə də, onunla görüşdükdən sonra geri çəkilib.

“İndependent”in məlumatına görə, Consonu yenidən hakimiyyətə gətirmək üçün “ən yaxşı yolu tapmaq” mövzusunda partiya daxilində qarşıdurma var.

Keçmiş baş nazirin qayıdışına zəmin yaratmaq üçün partiyanın yerli üzvlərini gücləndirmək üçün bir qrup tərəfdarının həmləsi Consona müxalif cəbhə tərəfindən rədd edilir. Amma dəstəkçi qrup onlara Consonun “Mühafizəkarların Harold Vilsonu” olacağını deməklə cavab verib.

Leyboristlər Partiyasının üzvü Harold Vilson üç müddət Britaniyanın baş naziri olub.

Consonun müttəfiqləri isə qarşıdakı aylarda öz planlarını həyata keçirmək üçün yeni imkanların yaranacağını gözləyirlər. Xüsusən də partiya may ayında keçiriləcək yerli seçkilərdə zəif çıxış edərsə...


Müəllif: Mənsur Rəğbətoğlu