"Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur".
Publika.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Dmitri Medvedev “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən bildirib.
Medvedev deyib ki, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir.
"2008-2009-cü illərdə biz dünya ilə birlikdə böhrandan çıxırdıq. Hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”, - baş nazir əlavə edib.
O deyib ki, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnozlaşdırır.