28 Yanvar 2023 13:47
4 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tank məsələsində müsbət nəticə əldə edən Ukrayna rəhbərliyi indi də NATO-dan F-16 döyüş təyyarələri istəyir.

Teleqraf.com xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius ölkəsindən Ukraynaya döyüş təyyarələrinin göndərilməsinin əleyhinə olduğunu bəyan edib.

Alman nazir bunu mümkün hesab etmədiyini deyib.

ABŞ-ın təzyiqindən sonra Almaniya Ukraynaya “Leopard 2” tipli döyüş tankları göndərmək qərarına gəlib. Bununla belə, Pistorius döyüş təyyarələrinin tanklardan fərqli xüsusiyyətlərə malik olduğunu bildirərək, təyyarələrin göndərilməsinə etirazını bu sözlərlə əsaslandırıb: “Döyüş təyyarələri döyüş tanklarından çox daha mürəkkəb sistemlərdir və tamamilə fərqli məsafə və atəş gücünə malikdir. Bu nöqtədə sərt xəbərdarlıq ala biləcəyimiz durumla üzləşə bilərik”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, ukraynalıların özlərini müdafiə etmələri üçün belə bir tələblərinin olması təəccüblü deyil: “Buna görə onları günahlandırmaq olmaz”.

Eyni zamanda, Kirbi əlavə edib: “Yeni yardım barədə elan ediləcək heç bir məlumat yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu