Ukraynanın Odessa vilayətində dəmiryol stansiyasında partlayış törədilib.
Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Partlayış “Zastava-1” stansiyası ərazisində yük qatarının keçməsi zamanı olub. Zərərçəkən yoxdur. Lakin dəmir yolu relsləri yararsız hala düşüb. İlkin məlumatlara görə, naməlum şəxslər relslərin üzərinə partlayıcı qurğu yerləşdirib.
Hadisə yerində operativ-istintaq qrupu və ekspertlər işləyir.