30 Yanvar 2023 20:39
3 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada müharibənin qaynar mərhələsi bütün şərtlər ən uğurlu şəkildə alınarsa, payızdan əvvəl başa çata bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun fikrincə, Qərbdən silah tədarükü son vaxtlar artsa da, bunlar hazırda böyük əks-hücuma başlamaq üçün hələ də kifayət deyil.

“Bu səbəbdən Rusiya itirdiklərinin əvəzinə yeni zərbə qrupları yaratmağa vaxt tapdı. İndi Ukrayna əvvəlcə təcavüzkarın yeni hücumunu dəf etməli və yalnız bundan sonra öz əks-hücumuna keçməlidir. Tanrı bizə kömək olsun ki, yay başlamazdan əvvəl müdafiə əməliyyatını başa çatdıraq. Yay isə yenidən qruplaşma və əks-hücum əməliyyatının başlanğıcı ola bilər. Yazın sonu - payızın əvvəli 1991-ci ilin sərhədlərinə mümkün çıxışlar olacaq”, - Jdanov bildirib.

Eyni zamanda, o vurğulayıb ki, bu, Rusiyanın hücum zamanı böyük itkilər verəcəyi və yeni səfərbərlik həyata keçirə bilməyəcəyi şərtinə əsaslanan ən optimist ssenari olacaq. O, bunun Qərbdən əlavə silahların alınmasına bağlı olduğunu da deyib.

“Fərqli ssenariyə görə, müharibənin sonu 2023-cü ilin sonuna doğru olacaq”, - Jdanov əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu