NASA-nın Nustar adı ilə tanınan nüvə spektroskopik teleskopu Yerə yaxınlaşan ulduza diqqətlə "baxıb" və Günəşin unikal fotolarını çəkib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, teleskopu hazırlayanlar əvvəlcədən ondan Günəşi müşahidə üçün istifadə etməyi planlaşdırmayıblar.
O, daha böyük missiya - uzaq qalaktika və "qara dəlikləri" öyrənmək üçün nəzərdə tutulub.
Lakin bu aparatla çəkilən şəkillər Nustarın (Nuclear Spectroscopic Telescope Array) nisbətən asan işlərin öhdəsindən gələ bildiyini də sübut edib.
Nustar adı ilə tanınan nüvə spektroskopik teleskopu rentgen şüaları ilə uzaq kosmosu öyrənmək üçün 2012-ci ildə orbitə buraxılıb.
Nihad