ABŞ İranın yeddi şirkətini sanksiyalar siyahısına əlavə edib. Bu şirkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi pilotsuz təyyarələrin istehsalı ilə məşğuldur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Departamenti məlumat yayıb.
Məlumatda “Şahid” dronlarının istehsalı ilə məşğul olan şirkətlərlə yanaşı, “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) bağlı qurumların olduğu da bildirilib.
Ticarət Nazirliyinin açıqlamasında İranın pilotsuz təyyarələrinin Ukraynada istifadə edilməsi üçün Rusiyaya verilməsinin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd olduğu vurğulanıb.