5 Fevral 2023 10:43
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr Respublikasında bazar günü yerli vaxtla saat 07:00-da prezident seçkilərində səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, ölkədə 1113, xaricdə isə daha 35 seçki məntəqəsi açılıb. Səsvermə Kipr vaxtı ilə saat 18:00-a qədər davam edəcək, bundan sonra "exit-poll"un ilk nəticələri, iki-üç saat sonra isə seçkilərin ilkin, daha sonra isə yekun nəticələri elan olunacaq.

Seçkilərdə 14 namizəd mübarizə aparır.

Müəllif: Teleqraf.com