6 Fevral 2023 09:37
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda baş verən 7.4 bal gücündə zəlzələdən sonra beynəlxalq yardım çağırışı edib.

Teleqraf.com xəbər verir ki, bir çox ölkələr bu çağırışa cavab verib.

Ağ Evdən də Türkiyədə baş verən şiddətli zəlzələ ilə bağlı açıqlama gəlib:

“ABŞ Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ xəbərindən dərindən narahatdır. İstənilən yardımı göstərməyə hazırıq. Prezident Bayden USAID və digər federal hökumət tərəfdaşlarına fəlakətdən zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın cavab variantlarını nəzərdən keçirməyi tapşırıb. Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik”.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə bölmələri də qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı hazır vəziyyətə gətirilib. FHN-in personalı yardım üçün Türkiyəyə göndəriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər