Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qaziantep şəhərində yerləşən 6 min illik tarixi qala dağılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.