6 Fevral 2023 22:55
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Türkiyədən kasıb ölkədir və kənar yardıma daha çox ehtiyacı var”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran (Güney Azərbaycan) və Türkiyədə baş verən təbii fəlakətlər ətrafındakı gəlişmələrə diqqət çəkib:

“İranda zəlzələ baş verdi, qonşu ölkələr – Azərbaycan və Türkiyə yardım təklifi etdi, amma Tehran bunu geri çevirdi. Halbuki zəlzələ nəticəsində soyuq havada evsiz və ərzaqsız qalanlar var ki, onlar yardıma möhtacdırlar.

Bu gün isə Türkiyədə zəlzələ baş verib, onlarla ölkə, o cümlədən Azərbaycan yardıma tələsdi. Türkiyə ilə İranın fərqlərindən biri də budur.

İran Türkiyədən kasıb ölkədir və kənar yardıma daha çox ehtiyacı var. Türkiyə isə dünyaya açıq ölkədir, hətta keçmişdə münasibətləri gərgin olan dövlətlərin yardım təklifinə müsbət cavab verib. Çünki zəlzələ bəşəri bəladır və dövlətlər, millətlər bir-birlərinə kömək etməlidirlər, sabah başqa ölkədə zəlzələ baş versə, Türkiyə həmin ölkəyə köməyə tələsəcək. Bu bəşəri yanaşma İrandakı rejimə yaddır. Bu, İranın qapalı ölkə olmasından xəbər verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər