İran silahlı qüvvələri “Məhəmməd - Allahın elçisidir” adı altında bütün qoşun növlərinin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlayıb.
Teleqraf.com-un İRNA xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran quru qoşunları komandanı, briqada generalı Əhməd Reza Purdastan açıqlama verib. Onun sözlərinə görə, təlimdə əsas məqsəd aviasiya, donanma və quru qoşunlarının birgə hərəkətinin məşq etdirilməsi və yeni silahların sınaqdan keçirilməsidir.
Təlimlər 43 min kvadrat kilometr quru ərazisini, Hörmüz boğazı və Hind okeanının şimal akvatoriyasını əhatə edir.
Təlimlərin birinci mərhələsi dekabrın 25-26-da quruda, Sistan, Bəlucistan və Hörmüzqan əyalətində keçiriləcək.
Samir