Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ersin Tatar tviter hesabında məlumat verib.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - Ersin Tatar tviter hesabında yazıb.