Video əlavə olunub:
***
Qaziantep Kahramanmaraşda baş verən zəlzələdən ən çox zərər çəkən Türkiyə şəhərlərindən biri olub.
Teleqraf.com xəbər verir ki, Qaziantep böyükşəhər bələdiyyəsinin sədri Fatma Şahin baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Zəlzələdə neçə bina dağıldı” sualına bələdiyyə sədri belə cavab verib:
“60 min əhalisi olan şəhərin yarısı yoxdur. Təcili olaraq çörəyə və suya ehtiyacımız var”.