7 Fevral 2023 17:49
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu.

***

“Zəlzələ ilə bağlı yenə “sui-qəsd nəzəriyyələri”nin sayı artıb. “Versiya”lardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya var”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd edirlər:

“Elm adamlarından biri 7 bal gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazım olduğunu deyib. Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir.

ABŞ dünyanın ən güclü dövləti sayılır. Ancaq dünyanın superdövləti belə süni surətdə zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, bu təbii fəlakətə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir”.

Elxan Şahinoğlu bildirib ki, Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar zərər görmür:

“Çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü.

Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər