8 Fevral 2023 12:38
4 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Anadolu fay xətti (tektonik plitələrin qırılma xətti) Bingöl Karlıovadan başlayaraq Hatay Samandağa qədər uzanır, eni 75, uzunluğu 700 kilometrdir. 1939-cu ilin qışında Ərzincanı yerlə-yeksan edən 7.9 bal gücündə zəlzələdən sonra Tokat-Niksara qədər olan fay xəttindəki enerji boşalmışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Fevralın 6-da səhər saatlarında Pazarcıkda (7.7) və Elbistanda (7.6) baş verən şiddətli zəlzələlər barədə amerikalı seysmoloq Çad Mayers belə deyib:

“Episentrdən çox mərkəz xəttindən danışırıq. Yerin səthi nəhəng Ərəbistan və Avrasiya tektonik plitələrinin qovuşduğu 100 mil (160 kilometr) uzunluğunda bir xətt boyunca sürüşdü”.

Bu, 500 il ərzində yığılan enerjinin boşaldılması nəticəsində yaranan son yüz ilin ən böyük zəlzələ fəlakətidir.

Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidməti də açıqlama verib: “Türkiyədə zəlzələ o qədər güclü oldu ki, yeraltı təkanlar Danimarka və Qrenlandiyada hiss olundu”.

Təbii fəlakətdən sonra Türkiyənin fay xəritəsini hazırlayan komandada yer alan seysmoloq, professor Ali Koçyiğit söyləyib: “Bu, çox şiddətli zəlzələ olduğundan çıxan enerji axını əsas zəlzələnin mənbəyinə yaxın olan digər fayları da hərəkətə gətirib”.

Yəni zaman fərqilə eyni gündə yeraltı təkanlarla deyil, tətiklərlə gələn ayrı-ayrı zəlzələlər baş verdi.

Professor Koçyiğit 7.7 bal gücündə ilk böyük zəlzələnin yaşandığı bölgə haqda bunu deyib: “Bura çoxsaylı fayın həm qollara ayrıldığı, həm kəsişdiyi, həm də qırılma xətlərinin 50-60 dərəcə əyildiyi, yəni hərəkətin birləşdiyi enerjinin 510 il ərzində yığıldığı yerdir. 510 illik enerji yığılmasından danışırıq”.

Bəs 1999-cu il avqustun 17-də baş vermiş şiddətli Mərmərə zəlzələsi ilə müqayisədə bu olay haqqında nə demək olar?

Koçyiğit bunun daha böyük və şiddətli olduğunu söyləyib.

Elbistanda olan ikinci zəlzələ ilə bağlı mənzərəni nəzərdən keçirdikdə Türkiyənin hansı qorxunc durumla üzləşdiyini yalnız təsəvvür etmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər