Türkiyədə baş verən zəlzələdə axtarış-xilasetmə və humanitar yardım işlərinə dəstək olmaq üçün ABŞ-ın USS George HW Bush təyyarədaşıyan gəmisi yola çıxıb.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqon sözçüsü briqada generalı Patrik Rayder bildirib.
ABŞ Müdafiə naziri Lloyd Austin və Pentaqon adından Türkiyəyə başsağlığı verən Ryder bildirib ki, hadisədən dərhal sonra Pentaqon rəhbəri Türkiyə müdafiə naziri Hulusi Akarla telefonla danışıb və Türkiyənin ehtiyaclarına uyğun dəstək veriləcəyini bildirib.
Rayder əlavə edib ki, Türkiyənin beynəlxalq yardım çağırışı ilə İncirlik bazasında ABŞ qüvvələri fevralın 7-də ilk yardım qruplarını zəlzələ bölgələrinə köçürməyə başlayıb.
Rayder ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Türkiyəyə göndərdiyi axtarış-xilasetmə qrupunu Pentaqonun da C-17 təyyarəsi ilə daşıdığını bildirib:
“ABŞ-ın Avropa Komandanlığı (EUCOM) USAİD-in təbii fəlakətlə mübarizə komandasına dəstək olmaq üçün bir qrup göndərib. OEUCOM həmçinin Türkiyə hökumətinin hər hansı yeni müraciətləri və yardım səyləri üçün əlavə elementlər yerləşdirmək üçün fəal şəkildə çalışır”.
EUCOM-un tibbi yardım və su təchizatı üzərində fəal işlədiyinə diqqət çəkən Ryder deyib ki, ABŞ-ın Aralıq dənizindəki USS George HW Buş gəmisi əlavə dəstək tələbləri üçün Türkiyəyə doğru hərəkət edir.