9 Fevral 2023 17:36
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin ukraynalılara qarşı raket zərbələri endirməklə terroru davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Kəşfiyyatın hesablamalarına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı qanlı müharibənin başlamasından bir ilə yaxındır ki, heç bir strateji məqsədə nail olmayıb:

"Onun ordusu Ukraynanın şərqini işğal etmək tapşırığını uğursuzluqla davam etdirir. Həm də hərbi-siyasi rəhbərliyin digər şıltaqlıqlarını yerinə yetirə bilməyiblər".

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Yusova görə, Kremlin növbəti hücum mərhələsi və Ukraynanın şərqinin 2023-cü ilin martına qədər işğalı ilə bağlı bəyanatları sadəcə olaraq ictimaiyyət üçün oyundur, çünki Rusiya qoşunları hücum hərəkətlərini dayandırmayıb:

“Rusiya Federasiyasının martın sonuna qədər şərqi işğal etmək və Donetsk, Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq tapşırığı sırf təbliğat işidir, hərbi mənada özünü doğrultmur. Ukraynanın tərəfdaşlarından hərbi yardımın gücləndirilməsi Rusiya hərbi rəhbərliyini qorxudur və onları tələsməyə vadar edir. Həmçinin onların Ukraynadakı uğursuzluqları Kremlə Rusiyanın hərbi-siyasi rəhbərliyi arasında çəkişmələrə səbəb olur.

Moskva Ukraynada dinc əhalini məhv etmək, dağıtmaq, deportasiya etmək və nəticədə ruslaşdırmaq məqsədi ilə bağlı planlar qurur".


Müəllif: Nemət

Oxşar xəbərlər