9 Fevral 2023 21:14
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya ordusu üçün böhranın başlayacağı tarixi proqnozlaşdırıb.

Teleqraf.com xəbər verir ki, o, bunun Ukrayna ordusunun Krımı geri qaytarmağa imkan verəcəyini iddia edib.

Arestoviçin sözlərinə görə, rus işğalçıları aprelin axırında son nəfəslərini verəcəklər, bu da Ukrayna qoşunlarına əks-hücuma keçməyə imkan yaradacaq.

“Putin rejimi üçün böhran dövrü aprelin sonundan iyula qədər olacaq”, - Ukraynanın keçmiş rəsmisi bildirib.

Onun fikrincə, Qərb hazırda Ukrayna Silahlı Qüvvələrinə bu dönüş nöqtəsindən öz xeyrinə istifadə etmək və əks-hücum əməliyyatına başlamaq üçün hər şeyi edir: “Bundan sonra görünən parlaq qələbələr olacaq”.

Arestoviç apreldən sonra Ukrayna qoşunlarının müvəqqəti işğal olunmuş Krım yarımadasının sərhədlərinə çatacağını və Rusiyanın anbar və bazalarını çıxarmağa başlayacağını proqnozlaşdırıb. Onun iddiasına görə, bundan sonra ruslar yarımadadan qaçmağa başlayacaqlar.

Arestoviç Krımın azad edilməsinin Rusiyanın nüvə zərbələri endirməsinə səbəb olmayacağını da iddia edib: “Putinin nüvə zərbələri endirmək üçün kifayət qədər qüvvəsi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər