"İndi Belarusun müharibəyə girməsi realdır. Bu halda NATO Belarusla müharibə edə bilər. Rusiya ilə deyil, Belarusla onun ərazisində döyüşə bilər".
Teleqraf.com xəbər verir ki, bunu ekspert Şeytelman deyib.
Onun fikrincə, Rusiyanın nüvə silahından istifadəsi çətin ssenaridir.
Məlumat üçün deyək ki, bu gün Ukraynaya atılan Rusiyanın iki “Kalibr” qanadlı raketi NATO-nun üzvü olan Rumıniyanın dövlət sərhədini keçib. Bu faktı Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı də təsdiq edib. Bildirib ki, “Kalibr” Qara dənizdən buraxılıb.