11 Fevral 2023 17:35
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın genişmiqyaslı müharibənin ildönümündə (24 fevral) Ukraynaya yeni kütləvi hücuma başlamaq üçün resursları yoxdur . Bununla belə, düşmən yaxın həftələrdə müəyyən addımlar atmağı planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Çernyak məlumat verib.

“Rusiyanın fevralın 24-nə planlaşdırılan genişmiqyaslı hücumu barədə xəbərlər yayılarkən Ukrayna hərbi kəşfiyyatı bildirir ki, Rusiya keçən il fevralın 24-də tammiqyaslı hücuma başlayıb və bu hələ də davam edir”, - Çernyak bildirib.

Bununla belə, o, Rusiyanın yaxın həftələrdə yeni hərbi tədbirlər görmək planlarının olduğunu da iddia edib. QUR nümayəndəsinin sözlərinə görə, ruslar artıq Ukrayna ordusunun müdafiəsində zəif nöqtələr tapmağa çalışırlar.

Çernyak daha sonra kəşfiyyatçı əlavə edib: “Əldə etdiyimiz məlumata görə, Rusiya komandanlığının irimiqyaslı hücum əməliyyatları üçün kifayət qədər resursu yoxdur. Rusiya qoşunlarının əsas məqsədi Ukraynanın şərqində ən azı müəyyən qədər taktiki uğur əldə etmək olaraq qalır”.

Çernyak Rusiyada yüksək dəqiqlikli raketlərin olmadığını da söyləyib:

“Təcavüzkar ehtiyatlarının 80 faizdən çoxunu istifadə edib və indi istehsalı bərpa etməyə çalışır, amma hələlik uğur əldə edə bilməyib. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı kütləvi zərbələrini dayandıracağını düşünmək də lazım deyil”.

Çernyak yaxın gələcəkdə Belarusun Ukraynaya hücumuna inanmır. O, belə bir ssenarini “mümkünsüz” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər