“Ukraynaya qarşı müharibədə Rusiya bütün tanklarının təxminən yarısını itirib, nəticədə onun texniki imkanları ciddi şəkildə pisləşib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi Selest Uollander deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın quru qoşunlarına da aiddir.
Uollander Rusiyanın quru qoşunlarının təxminən 80 faizinin Ukraynaya qarşı müharibəyə cəlb olunduğunu iddia edib: “Bununla belə, Rusiyanın dəniz potensialı daha yaxşı durumdadır və bəzi boşluqlar, o cümlədən pilotsuz təyyarələrin tədarükü İranın hesabına doldurulur”.
Uollander əlavə edib ki, Moskvanın əsas problemi insan resursları ilə bağlıdır. Onun fikrincə, Rusiya Ukraynadakı uğursuzluqlardan dərs almağı öyrənir.
“Ukraynadakı strateji məğlubiyyəti qarşısında belə, Rusiya hərbi güc olaraq qalacaq, ona görə də planları, əməliyyatları və mübarizə imkanlarını düzgün qiymətləndirməliyik. Dərsimizi öyrəndiyimizə və irəlidə olacağımıza əmin olmalıyıq”, - Uollander bildirib.