13 Fevral 2023 10:40
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya növbəti hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd edilib ki, düşmən dörd raket zərbəsi endirib və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 85 hücum həyata keçirib.

Əlavə olunub ki, Volın, Polesski, Seversky və Slobozhansky istiqamətlərində əhəmiyyətli dəyişikliklər olmadan hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib:

"Kupyanski və Limanski istiqamətlərində düşmən yaşayış məntəqələrinin 22 rayonunu minaatan və artilleriyadan atəşə tutub.

Baxmut istiqamətində 16 yaşayış məntəqəsi tank, minaatan və artilleriya atəşinə məruz qalıb. Avdiivka və Novopavlovsk istiqamətlərində 25 yaşayış məntəqəsinin əraziləri tank, minaatan və artilleriya atəşinə tutulub".


Müəllif: Nemət

Oxşar xəbərlər