Rus ordusu tərəfindən işğal olunan Mariupolda güclü partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, zərbələrdən sonra bir müddət partlama səsləri eşidilib.
Mariupol merinin müşaviri Petr Andryuşenko deyib ki, fevralın 12-də axşam saatlarında azı üç güclü partlayış səsi eşidilib:
"İşğalçıların Nikolskoye kəndində yerləşən 3 saylı məktəb ərazisindəki hədəflərinin "Toçka U" ilə vurulması ilə bağlı əsassız məlumatlar yayılıb".
Qeyd edək ki, fevralın 7-də Mariupolun Primorski rayonunda 7 partlayışın baş verib. Partlayışlar rus ordusunun bu yaxınlarda texnika və hava hücumundan müdafiə vasitələri gətirdiyi liman ərazisində olub.
Şəhərin meri Vadim Boyçenko bildirib ki, müvəqqəti işğal olunmuş Mariupolda 30 mindən çox rus var və onlar müdafiə xətləri hazırlayırlar.