14 Fevral 2023 10:32
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejiminin rəhbəri Bəşər Əsədlə BMT arasında razılama əldə olunub.

Teleqraf.com xəbər verir ki, razılaşma dünən axşam saatlarında baş tutub.

BMT Baş katibi Antonio Quterreş Suriya prezidenti Bəşər Əsədin qurum tərəfindən yardımların ölkənin şimal-qərbinə keçməsinə razılıq verdiyini və beləliklə, 3 ay ərzində iki sərhəd qapısından yardımların keçə biləcəyini bildirib.

Əl-Bab hava və Əl-Rai sərhəd qapılarından istifadə olunacaq.

Zəlzələdən sonra bölgədə olan BMT-nin yüksək səviyyəli simalarından olan Martin Griffitsin Dəməşqdə Suriya lideri ilə görüşdüyü bildirilir.

Bağlı qapılar arxasında Əsədlə müzakirələr aparılıb.

“Fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı artdıqca, qida, sağlamlıq xidməti, təhlükəsizlik, sığınacaq və qış ləvazimatları kimi həyat qurtaran ləvazimatlar bölgədə zərər çəkmiş milyonlarla insana ən qısa zamanda çatmalıdır. Sərhəd qapılarının açılması yardımların daha tez çatDIRILmasına şərait yaradacaq”, - BMT nümayəndəsi bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər