Hollandiya Müdafiə Nazirliyi Polşa sərhədi yaxınlığında NATO qüvvələri tərəfindən 3 Rusiya təyyarəsinin təsbit edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Hollandiyanın F-35 təyyarələri NATO missiya zonasında 3 rus qırıcısının Polşaya yaxınlaşdığını görüb.
Məlumata görə, həmin qırıcılar Kalininqraddan havaya qalxıb. Daha sonra yaxınlaşan təyyarələrdən birinin “İL-20M Coot-A” tipli hərbi təyyarə, digər ikisinin isə SU-27 döyüş təyyarəsi olduğu öyrənilib.
Qeyd edilib ki, Rusiyanın Kalininqrad ərazisi həm NATO, həm də Avropa İttifaqının üzvü olan Litva və Polşa ilə həmsərhəddir.