15 Fevral 2023 09:14
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ iki şirkətlə Ukrayna Silahlı Qüvvələrinə artilleriya sursatlarının istehsalı üçün 522 milyon dollarlıq müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, sifariş “Northrop Grumman Systems” və “Global Military Products” şirkətləri tərəfindən alınıb.

Müvafiq qərar Ukraynanın tez bir zamanda artilleriya mərmilərinin tükənəcəyi qorxusu fonunda qəbul edilib.

ABŞ mart ayında Ukraynaya yeni göndərişlərdən sursat çatdırmağı planlaşdırır. Müqavilələr Pentaqonun Ukraynanın təhlükəsizliyini qorumaq təşəbbüsü çərçivəsində bağlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər