Rusiya qoşunları "Luqansk xalq respublikasında" Ukrayna qüvvələrinin iki müdafiə xəttini yarıb, Ukrayna ordusu tutduqları mövqelərindən üç kilometrə qədər məsafəyə geri çəkiliblər.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin motoatıcı qoşunları Luqanskin meşəlik ərazisində düşmənin eşelonlaşdırılmış müdafiəsini yarıb.
"Rusiya hərbçilərinin sıçrayışını hətta daha möhkəmləndirilmiş ikinci müdafiə xətti də saxlaya bilməzdi", - deyə nazirliyin Teleqram kanalında qeyd olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, geri çəkilən Ukrayna hərbçiləri ərazini NATO tipli piyada əleyhinə minalarla uzaqdan minalayıblar. Buna baxmayaraq, rus hərbçiləri cəbhə xəttində möhkəmlənərək hücumu davam etdirdilər.