ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ölkəsində keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Heyli artıq bu barədə rəsmi açıqlama verib.
Məlumata görə, diplomat Respublikaçılar Partiyasından namizədliyini irəli sürəcək. Heyli bu uğurda artıq namizədliyini açıqlayan keçmiş prezident Donald Trampla mübarizə aparacaq.
Yeri gəlmişkən, Heyli 2021-ci ilin aprelində Trampın prezidentlik uğrunda mübarizə aparmağa qərar verəcəyi təqdirdə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı.