Əfqanıstanın Badgis vilayətində “Taliban” terror təşkilatının 40 döyüşçüsü təslim olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Badgis Ali Sülh şurasının sədri Əbu Xəlil məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxslərin “Sülh Proqramına” qoşulması regionda təhlükəsizlik üçün vacibdir.
Xəlil qeyd edib ki, bu proqram başlandığı gündən 1800 terrorçu təslim olub, 151-i isə öldürülüb.
Qeyd edək ki, terrorçuların “Sülh Proqramına” qoşulması çərçivəsində əfqan hökuməti təslim olan döyüşçüləri maddi yardım və işlə təmin edir.
Samir