Əsirlərin dəyişdirilməsi zamanı Ukrayna Rusiyaya Moskva Patriarxlığının əməkdaşı olan keşişi verib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Andrey Yusov deyib.
“Bizimkiləri geri qaytarmaq üçün Moskva Patriarxlığının qondarma din xadimi, bizə müxtəlif məlumatlar sızdıran keşişi onlara verdik", - Andrey Yusov bildirib.
Onun sözlərinə görə, bu təklif Rusiyadan gəlib: "Ukrayna etiraz etmədi, bu, müdafiəçilərimizin vətənə qayıtmasına kömək etdi".