“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.
O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.
Xatırladaq ki, Bayden fevralın 20-də gözlənilmədən Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.