21 Fevral 2023 10:23
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müttəfiq ölkələrin kifayət qədər və vaxtında dəstəyi ilə 2023-cü ildə döyüş meydanında təşəbbüsü bərpa etmək potensialı var.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilib.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Baydenin tammiqyaslı işğalın başlanmasının ildönümü ərəfəsində Ukraynaya səfəri Qərbin onlara dəstəyinin davam etdirilməsindən xəbər verir.

Analitiklər Prezident Vladimir Zelenskinin Baxmutun müdafiəsinin Ukrayna üçün əhəmiyyəti barədə bəyanatını xüsusi vurğulayıblar:

"Zelenski və müdafiə naziri Aleksey Reznikov da bildirib ki, Ukrayna qüvvələri yaxın gələcəkdə əks-hücum əməliyyatı üçün hazırlaşır. Ukraynanın Baxmutu müdafiə etmək qərarı rus qoşunlarını cəbhənin ayrı bir sektorunda sıxışdırmaq və onları məğlub etmək üçün strateji cəhətdən əsaslandırılmış cəhddir və Zelenski məhdud ritorik çıxış etmək üçün çox güman ki, administrasiyasının Baxmutla bağlı mövqeyini yumşaldıb. Rusiyanın istifadə olunmamış döyüşə hazır böyük ehtiyatları yoxdur ki, onları yerləşdirə və müharibənin gedişatını öz xeyrinə çevirə bilsin.

Beləliklə, Ukrayna Qərbin kifayət qədər və vaxtında dəstəyi ilə 2023-cü ildə təşəbbüsü bərpa etmək potensialına malikdir".

ISW davam edən hücum fonunda Rusiya Müdafiə Nazirliyinin “DNR” və “LNR” silahlı birləşmələrinin yenidən təşkili qərarını da tənqid edir: "Bu, Rusiya Müdafiə Nazirliyinin qeyri-qanuni qüvvələrin peşəkar orduya inteqrasiyasının əsas problemlərinin miqyasını, xüsusən də şiddətli döyüşlər dövründə tam başa düşmədiyini göstərir. Rusiya hərbi komandirləri etiraf edə bilər ki, onların qısa müddətdə Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq üçün döyüş qabiliyyəti yoxdur və çox güman ki, Putin Rusiya Müdafiə Nazirliyinin gücsüzlüyündən yenidən məyus olana qədər bəzi planlaşdırılan islahatları sürətləndirməyə çalışır”.


Müəllif: Nemət

Oxşar xəbərlər