ABŞ Prezidenti Co Baydenin Kiyev səfəri ilə bağlı "Wall Street Journal"ın Ağ Ev üzrə müxbiri Sabrina Siddiqi maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Baydenin Kiyev səfərini izləyəcək jurnalistlər fevralın 17-də Ağ Evin Əlaqələr Direktoru Kate Bedingfieldin ofisində xüsusi görüşə dəvət edilib.
Sabrina Siddiqi görüşdə onlara Baydenin Kiyevə səfər edəcəyi və bu səfəri izləyəcək iki jurnalistdən biri olacağı bildirilib.
Siddiqi səfərlə bağlı məxfilik andı içdiklərini və fevralın 19-da səhər tezdən Vaşinqtondakı Endryus Hava Qüvvələri bazasından yola düşmə məlumatı ilə “Qolf turniri üçün gəliş bələdçisi” adlı elektron poçt aldıqlarını deyib:
"Bazar günü səhər saat 02:15-də Andrves Hava Bazasında olduq. ABŞ-ın Kiyevdəki səfirliyinə çatana qədər - 24 saatdan çox mobil telefonlarımız əlimizdən alındı. Baydenin təyyarəyə mindiyini görmədik. Ancaq saat 04:00 radələrində edilən anonsla onun təyyarəyə mindiyi barədə məlumat verildi. Qaranlıqda edilən səyahət səbəbiylə ətrafda çox az şey gördük. Baydenlə hərəkətə keçən Ağ Ev komandası ilə heç bir təmasda olmadıq, əlavə təhlükəsizlik tədbirləri üçün yol boyu bir neçə dəfə dayandıq. Səhər saat 08:00-da Kiyevin Pasajırski stansiyasına gəlib çatdıq.
Bayden 08:07-də qatardan düşəndə “Kiyevə qayıtmaq yaxşıdır” dedi".
Qeyd edək ki, təxminən bir aya yaxındır jurnalistlər Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümündə Ukraynaya səfər edib prezident Vladimir Zelenski ilə görüşəcəyini soruşduqda, belə bir planın olmadığını deyirdilər.