Fevralın 21-də Malidə BMT-nin sülhməramlı missiyasının karvanı ölkənin mərkəzində əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Teleqraf.com xəbər verir ki, nu barədə missiyanın “Twitter” hesabında məlumat verilib.
Üç sülhməramlının həlak olduğu, daha beşinin isə ağır yaralandığı bildirilir. Missiya qeyd edir ki, ilkin məlumatlara görə, hücumçuların hədəfi konvoy olmayıb. Digər təfərrüat hələlik məlum deyil.
Qeyd edək ki, BMT missiyasının başladığı 2013-cü ildən bəri Malidə ən azı 281 sülhməramlı öldürülüb.