Co Baydenin Ukraynaya səfəri zamanı Rusiya “Sarmat” raketini sınaqdan keçirib.
Teleqraf.com-un xəbərinə görə, iki ABŞ rəsmisi bildirib ki, qitələrarası ballistik raketin sınaq buraxılışı bazar ertəsi baş tutub.
Rusiya raketin buraxılması barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib və Ağ Ev bunu eskalasiyaya doğru addım kimi qiymətləndirmir.
Rəsmilər “Sarmat” ağır raketinin sınağının uğursuz olduğuna əmindir.
Rəsmilər hesab edirlər ki, sınaq uğurla yekunlaşsaydı, bu, Putin dünənki müraciətində əksini tapardı.