22 Fevral 2023 10:44
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Freyzer Türkiyədə zəlzələdən zərər çəkmiş şəhərlərə səfər edib.

Teleqraf.com xəbər verir ki, alman nazirlər zəlzələnin episentri olan Kahramanmaraşın Pazarcık məntəqəsinə gəlib.

“Fəlakətin miqyasını gördük və dəstəyimiz davam edəcək” - deyən Annalena Baerbok ölkəsinin Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə 50 milyon avro əlavə yardım edəcəyini açıqlayıb.

Qeyd edək ki, Almaniyanın dəstəyi 108 milyon avroya çatıb.


Müəllif: Nemət

Oxşar xəbərlər