Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin ən yüksək vəzifəli diplomatı olan Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Mərkəzi Komitəsinin direktoru Vanq Yi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, paytaxt Moskvada keçirilən görüşün əvvəlində danışan Lavrov Rusiya ilə Çin arasında əlaqələrin sabit və dinamik şəkildə inkişaf etdiyini bildirib.
Bu əlaqələrin dünya miqyasında “yüksək təlatüm”ə baxmayaraq inkişaf etdiyinə diqqət çəkən Lavrov deyib ki, tərəflər beynəlxalq hüquqa və dövlətin mərkəzi roluna hörmət əsasında həmrəylik içində hərəkət etməyə və bir-birimizin maraqlarını müdafiə etməyə hazır olduğumuzu göstəririk.
Lavrov Vanqı ÇKP-nin Xarici Əlaqələr üzrə Mərkəzi Komitəsinin direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və əlavə edib: “Əminəm ki, yeni vəzifənizdəki fəaliyyətiniz Rusiya-Çin strateji qarşılıqlı fəaliyyətinin və çoxşaxəli tərəfdaşlıq münasibətlərinin davamlılığını daha da gücləndirəcək”.
Vanq isə qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparmağa hazır olduğunu ifadə edərək yeni razılaşmalar gözlədiyini deyib.