BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiyaya qarşı qətnamə qəbul edib.
Teleqraf.com-un məlumatına görə, sənədin lehinə 141 ölkə, Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya da daxil olmaqla 7 ölkə əleyhinə səs verib.
Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Qətnamə, xüsusilə, Ukrayna ərazisində cinayətlərin milli və beynəlxalq səviyyədə təhqiqat və təqib yolu ilə məsuliyyətə cəlb edilməsinin zəruriliyinə istinad edir.