24 Fevral 2023 21:12
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Rusiyanın işğalı altındadır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli-Demokratik Qütb” partiyasının siyasi şurasının üzvü Vahe Qasparyan deyib.

“Ermənistanın işğal olunmuş ölkə olduğuna əminik. Təəccüblənə bilərsiniz ki, işğal olunmuş ölkə olaraq biz necə müstəqil sayılırıq, bayrağımız və gerbimiz var, BMT-nin üzvüyük və sair. Amma biz işğal altındayıq, çünki ərazimizdə xarici hərbi baza (Rusiyanın) var. Ermənistan da hibrid şəkildə işğal edilib. Heç kimə sirr deyil ki, 30 il ərzində seçkilər keçirilsə də, hakimiyyətləri (Serj Sərkisyan, Robert Köçəryan və s.) Kreml təyin edib, nəticədə Kremlin maraqlarına xidmət edən kollaborsionistlər (düşmənlə əməkdaşlıq edənlər) doğulub”, - siyasətçi bildirib.

Qasparyan Rusiyanı Nasist Almaniyasına bənzədib:

“Daha aydın olması üçün bir misal çəkə bilərəm. Hitler Fransanı işğal edərkən, guya müstəqil Fransanın müstəqil hökumətini saxlamışdı, əslində isə Parisin kollaborsionist və idarə olunan hökumətini özü təyin etmişdi. Eyni şəkildə mən Çauşeskunun Rumıniyasını misal çəkə bilərəm ki, formal olaraq müstəqil ölkə, BMT-nin üzvüydü, bayrağı, atributları vardı, amma Çauşesku Kremlin marioneti idi. Şərqi Avropanın bütün ölkələri - Polşa, Çexoslovakiya, Xorvatiya da bu kontekstdəydi. Əminik ki, indi Ermənistan da belədir”.

Siyasətçi keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan kimi, Baş nazir Nikol Paşinyanın da Rusiya lideri Vladimir Putindən asılı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər