25 Fevral 2023 10:13
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron türk həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi videokonfransdan sonra Tvitter hesabında türkcə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fransız xilasedicilərin bölgəyə gələrək axtarış-xilasetmə işlərinə qatıldığını xatırladan Makron Fransanın qurduğu səhra xəstəxanasında hər gün 100 yaralının müalicə olunduğunu deyib.

“Prezident Ərdoğana təsdiqlədim ki, tam səfərbər və həmrəy olmağa davam edirik”, - Fransa prezidenti bildirib.

Makron Türkiyə lideri ilə Rusiya-Ukrayna müharibə ilə bağlı da fikir mübadiləsi apardıqlarını söyləyib:

“Ukraynanın qalib gəlməsi üçün dəstəyimizi daha da gücləndirməliyik. Rusiyaya hücumu dayandırmaq üçün təzyiqləri artırmağa davam etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər