Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.